Xaçmazda intihara cəhdin qarşısı alınıb

Xaçmazda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

SİA FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə