Tovuzda yanğın baş verib. SİA-nın xəbərinə görə, hadisə rayonun Əlimərdanlı kəndində İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.
Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 20 kvadratmetr olan 1 otaq, içərisində olan əşyalarla birgə yanıb. Alovun qonşu evlərə keçməsinin qarşısı yanğın söndürənlər tərəfindən alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB