Rusiyanın Kamçatka vilayətinin inzibati mərkəzi olan Petropavlovsk-Kamçatsk şəhərində neft bazasında partlayış baş verib. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə əsasən, "Kamçatsknefteprodukt" şirkətinə məxsus bazada boş neft sisterninin partlaması nəticəsində 3 nəfər ölüb. Yaxınlıqda yerləşən digər sisternlərdə sızma və ya yanğın hadisəsi qeydə alınmayıb.
Ərazidə müvafiq işlər görülüb. İlkin ehtimala görə, partlayışa sisternin sökülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB