Goranboyda 36 yaşlı kişi bədən xəsarətləri alıb

Goranboyda 36 yaşlı kişi bədən xəsarətləri alıb

Goranboyda 36 yaşlı kişi çoxsaylı bədən xəsarətləri alıb.

SİA-nın məlumatına görə, hadisə Tapqaraqoyunlu kəndində baş verib.

1985-ci il təvəllüdlü kənd sakini Bilalov Allahverdi Məhəmməd oğlu naməlum şəraitdə çoxsaylı ağır bədən xəsarətləri alıb. O, sağ qulaq və döş nahiyəsinin kəsilmiş-cırılmış xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə