Bakının Yasamal rayonunda yerləşən hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanlar olub.
SİA xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 29 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı 4 nəfər xəsarət alıb.
Çıx qısa zamanda əraziyə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi 18 mərtəbəli binanın yuxarı mərtəbələrindən 22 nəfəri təxliyə edib. Ərazidə xilasetmə işləri başa çatıb.
Yanğın əsasən binanın 10-cu mərtəbəsində yerləşən birotaqlı, 77 kv/m sahəli mənzili əhatə edib. Bundan başqa, 11-ci mərtəbədə yerləşən digər mənzilin eyvanı və pəncərələri qarsalanıb.
Qeyd edək ki, yanğın artıq söndürülüb.




USD
EUR
GBP
RUB