Göygöldə 75 yaşlı qadın özünü asıb

Göygöl rayonunda intihar hadisəsi baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şəhriyar kənd sakini Ceyran Kərimovanın yaşadığı evdə asaraq intihar etdiyi məlum olub. İlkin məlumata əsasən, yaşlı qadın Şəhriyar kəndindəki evində tək yaşayıb. Yaxınları bir neçə gün ondan xəbər ala bilmədiyindən C.Kərimovanın evinə gəliblər. Bu zaman bəlli olub ki, qadın özünü asaraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə