Narkotik tərkibli bitkilər aşkar edilib - FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Talış kəndi ərazisində çəkisi 1 ton 210 kiloqram olan 2200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə