İşıqforun işləməməsi Bakının Nəsimi rayonunda yol qəzasına səbəb olub

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyoto” markalı nəqliyyat vasitəsi kəsişmədən keçərkən “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində avtomobillərə ziyan dəyib.

Sürücülərin bildirdiyinə görə, qəzaya səbəb işıqforun işləməməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə