Bakı-Sumqayıt yolunda avtobilin vurduğu piyada dünyasını dəyişib

Bakı-Sumqayıt yolunda avtobilin vurduğu piyada dünyasını dəyişib

Bakı-Sumqayıt yolunda, paytaxtın Binəqədi rayonunda piyadanı avtomobil vurub.

SİA xəbər verir ki, hadisə ekoloji nəzarət postunun yaxınlığında qeydə alınıb.

Təqribən 30-35 yaşlı kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Bakarov Murad Bakar oğlunun idarə etdiyi "Nissan" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağll Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə