Güclü yağış Gəncədə fəsadlar törədib, sel suları evlərə dolub - FOTO

Gəncədə güclü yağış bir sıra fəsadlar törədib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mövsüm üçün xarakterik olmayan hava şəraiti şəhərin Məhsəti qəsəbəsində daha ciddi problemlərə yol açıb. Burada yağış suları yaşayış evlərinə dolub.

Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər hansı bir tədbir görülmür.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda yağışlı hava şəraiti davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə