Arevaşox icması sakininin qətlinin üstü açılıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan informasiyalara istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 5 iyun, yerli vaxtla saat 01:40-da 1990-cı il təvəllüdlü Arevaşox icmasının sakininin həmin gün xəstəxanaya yerləşdirildiyi barədə Spitak Tibb Mərkəzindən siqnal gəlib. Ona sol budun bıçaqla kəsilmiş yarası, femur arteriyasının əzələlərinin zədələnməsi, qanaxma, hemorajik anemiya şoku, əzab vəziyyəti və digər yaralanmalar diaqnozu qoyulub. Xəstə elə həmin gün, saat 02:30-da əməliyyat zamanı ölüb.
İlkin məlumatlara görə, Spitak-Gümrü magistral yolundan Arevaşox kəndinə gedən yolun yaxınlığında bir qrup şəxslə mərhum arasında mübahisə və dava olub, sonuncu göstərilən bədən xəsarətləri alıb.
Ermənistan İstintaq Komitəsinin Lori Regional İstintaq İdarəsinin Spitak İstintaq Şöbəsində başlanan cinayət işinin ibtidai istintaqı zamanı hadisənin eyni kənddə yaşayan cinayətkarın şəxsiyyəti daxil olmaqla bir sıra halları aşkar edilib. Sonuncu həmkəndlisinin qətlində şübhəli bilinərək saxlanılıb.
Hadisə yerinə baxış da daxil olmaqla zəruri istintaq və məhkəmə hərəkətləri aparılıb, bıçaq, qırılmış şüşə butulkalar tapılıb, nümunələr götürülüb, bir çox şəxs dindirilib, zərərçəkmişin və iştirakçıların geyimləri götürülüb. Bir sıra müayinələr təyin edilib.
İlkin araşdırma aparılır. İşin bütün hallarının hərtərəfli və obyektiv araşdırılması üçün tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB