Fabrikdə dəhşətli yanğın

Türkiyənin Denizli şəhərində yerləşən Hacıeyüplü məhəlləsindəki tekstil fabriki anidən yanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, fabrikin binasını tüstü bürüyüb və ardından yanğın başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürən maşınlar və polis çağırılıb. Əldə edilən məlumatlara görə, yanğının nədən baş verdiyi hələ də məlum deyil.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə