ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Cersi ştatında kimya zavodunda yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın partlayışa səbəb olub. İlkin məlumata əsasən, ölən və xəsarət alan olmayıb. Bildirilir ki, Bayon şəhərində fəaliyyət göstərən \"İnternational Matex Tank Terminal\" şirkətinə məxsus zavodda qeydə alınmış hadisə bir neçə yanacaqla dolu çənin alovlanmasına səbəb olub.
Yanğının ümumi sahəsi və başvermə səbəbi barədə məlumat verilmir. Təxminən, 3 saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ərazidə müvafiq işlər görülüb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB