İspaniyanın İbitsa adasında qeydə alınmış meşə yanğını davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın 2 min hektar meşə sahəsini külə döndərib. Əraziyə cəlb edilmiş 250 yanğınsöndürən alovun yayılmasının qarşısını ala bilmir. Hadisə bölgəsinə daha 150 yanğınsöndürənin cəlb edilməsi planlaşdırılır.
Alovun yaşayış və istirahət zonasına keçəcəyi istisna olunmur. Bu səbəbdən təhlükəli ərazilərdən 200 nəfər yerli əhali təxliyyə edilib, 700 nəfərin isə istirahət etdiyi otel bağlanıb. Yanğının başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB