Ağstafada ağır yol qəzasında iki nəfər xəsarət alıb

Ağstafada ağır yol qəzasında iki nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə digər “VAZ” markalı minik avtomobili toqquşub. Qəza zamanı biri kişi, digəri qadın olmaqla, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə