Ov tüfəngi ilə hədələyən şəxs saxlanılıb

Ov tüfəngi ilə hədələyən şəxs saxlanılıb

Lənkəran ŞRPŞ-yə mayın 27-də saat 1 radələrində Boladi kəndi ərazisində kənd sakini S.Bağırovun xuliqanlıq zəminində həmkəndlisi Ş.Nəsirovu ov tüfəngi ilə hədələməsi barədə məlumat daxil olub. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılan profilaktik tədbirlər nəticəsində S.Bağırov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə