Özlərini televiziya əməkdaşları kimi təqdim etdi - HƏBS OLUNDULAR

Özlərini televiziya əməkdaşları kimi təqdim etdi - HƏBS OLUNDULAR

Mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirilib. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunan Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunan Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə