Lənkəranda 58 yaşlı piyadanı maşın vurub

Lənkəranda 58 yaşlı piyadanı maşın vurub

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, qəza şəhərin mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 1963-cü il təvəllüdlü Zivər Xalıq qızı Ağayeva "VAZ-2109" markalı avtomobil tərəfindən vurulub. Minik avtomobilinin hələlik adı məlum olmayan sürücüsü piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəsarət alan 58 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB