Bərdədə müxtəlif təyinatlı obyektlərdə yanğın olub

Bərdədə müxtəlif təyinatlı obyektlərdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda çay evində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğın bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdə baş verib.

Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə