Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məlikov saxlanılıb. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram 67 qramdan artıq heroin və 19 ədəd tramadol həbi aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB