Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi - RƏSMİ

Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi - RƏSMİ

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə