Bakıda dəhşətli qəza SON DƏQİQƏ-FOTOLAR

Bakıda dəhşətli qəza SON DƏQİQƏ-FOTOLAR

Bu gün Bakı şəhərinin Səbail rayonunun Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat qəzası baş verib. SİA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza hərəkət zolağını anidən dəyişən "Chevrolet Cruze” markalı minik avtomobili “Toyoto Prius” markalı avtomobili ilə toqquşub. Nəticədə 99-OM-101 nömrəli avtombilin “bufer” ön hissəsi yararsız hala düşüb. Nəqliyyatın intensivliyi pozulub.

Xoşbəxtlilikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Arzu Elsevərqızı

Foto: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə