Hacıqabulda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mübariz Abasov yaşadığı evin yaxınlığında saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı M.Abasov törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB