Azyaşlını vuran avtomobil saxlanılıb

Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulmuşdur. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılmışdır.

Qeyd edək ki, hal-hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə