Güclü külək Bakı-Qazax magistralının bağlanmasına səbəb olub

Güclü külək Bakı-Qazax magistralının 16-cı kilometrliyində Gəncə Traktor Zavoduna məxsus şirkətin dam örtüyünü qopararaq yola atıb.

SİA-nın bölgə müxbirinin xəbərinə görə, magistralda şəhərə giriş və çıxış bir müddət bağlanıb.

Görülən tədbirlər nəticəsində yol açılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə