Bakıda 4 nəfəri maşın vurub, 28 yaşlı gənc oğlan həlak olub

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, Gülarə Qədirbəyova küçəsində “BMW” markalı avtomobil 3-ü qadın olmaqla, bir ortayaşlı oğlanı vurub.

Məlumata görə, onlar işlədikləri mağazadan çıxaraq piyadalar üçün müəyyən edilməmiş hissədən keçirmişlər. Yol qəzası nəticəsində 3 qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 28 yaşlı Rauf Məmmədov isə hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə