Gəncədə oğul anasını bıçaqlayıb

Gəncədə oğul anasını bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin “DOST 102” adlanan yaşayış massivində qeydə alınıb.

1975-ci il təvəllüdlü Vəliyeva Zülfiyyə Hümbət qızı sol qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qadını oğlu bıçaqlayıb. Z.Vəliyevanın sözlərinə görə, oğlu əsəb xəstəliyində əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə