Əhməd Məmmədlinin atasının saxlanılması ilə bağlı iddialar İFŞA OLUNDU

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda gənc fəal Əhməd Məmmədlinin atasının saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Ə.Məmmədlinin atasının saxlanılması ilə bağlı iddialar yalandır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir. Həmin şəxs bu və ya digər hala görə polis şöbəsinə çağırılaraq saxlanılmayıb”.

Qeyd edək ki, "Azadlıq" qəzeti, NİDA Vətəndaş Cəmiyyəti kimi "facebook" səfihələrində iddia olunurdu ki, guya Ə.Məmmədli İqtisad Universitetinin qarşısına aksiya təyin edib və onun Cəlilabad şəhərində yaşayan atası da buna görə saxlanılıb. Lakin göründüyü kimi bu xəbər də yalan çıxdı, radikal müxalifət bu dəfə də ifşa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...