Siyəzəndə müəmmalı ölüm

Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə