Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
Qeyd edək ki, Lerik rayonunun Barzavu kənd sakini Zəkifə Fərziyevanı öldürməkdə şübhəli bilinən mərhumun həmkəndlisi Murad Əskərov tutularaq istintaqa cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB