Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib

Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib

Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə