Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıblar. Mərasimi təşkil edilən şəxslər rayon polis şöbəsinə gətirilib.
Rayon polis şöbəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB