Avtobusdan düşmək istəyən sərnişin ehtiyatsızlıqdan ayağını sındırıb
Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.
SİA xəbər verir ki, hadisə metronun "Nizami" stansiyasının qarşısındakı dayanacaqda baş verib.
1999-cu il təvəllüdlü Yusif Dadaşov 65 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman nəqliyyat vasitəsi hərəkətə keçib. Bu zaman o yıxılıb. Y.Dadaşov sol ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB