Bakıda Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələ ilə bağlı SİA-ya açıqlamasında bildirib ki, “hadisə öz təsdiqini tapıb və hal-hazırda DİN və Baş Prokurorluq tərəfindən faktla bağlı araşdırma aparılır. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB