18 saylı şəhər xəstəxanasında qanunsuz əməllər aşkarlanıb

18 saylı şəhər xəstəxanasında qanunsuz əməllər aşkarlanıb

18 saylı birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan SİA-ya verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri ilə tibb işçilərinin qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Müxtəlif pul məbləğləri müqabilində guya COVİD-19 pandemiyası əleyhinə peyvənd olunmaları barədə yalan məlumatları və zəruri saxta sənədləri tərtib etdikləri aşkarlanıb.

Qeyd edək ki, faktla bağlı əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə