Oğurluq etdiyinə görə tutulmuş E.Mayılovun daha 6 evdən və 2 mağazadan oğurluq etdiyi müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş E.Mayılovun ətrafında Xəzər RPİ 1-ci PŞ və 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən pul, qızıl-zinət və gümüş əşyalar, mobil telefon, velosiped, qol saatı, televizor, 2 mağazadan isə noutbuk, danışıq kartları və tütün məmulatları oğurlaması da müəyyən edilib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB