Bakının Nərimanov rayonunda qadını avtomobil vurub

Bakının Nərimanov rayonunda qadını avtomobil vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qəmbərova Mahirə Rövşən qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə