Göygöldə 35 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Göygöldə 35 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

1986-cı il təvəllüdlü Sevda Alınağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Onun hansı səbəbdən sirkə içməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə