Quba rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Qorxmazoba kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin və bitişik ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə