Gəncə-Şəmkir yolunda mebel sexi yanıb

Gəncə-Şəmkir yolunda mebel sexi yanıb

Bü gün Gəncə-Şəmkir yolunun 9-cu kilometrliyinə yaxın ərazidə yerləşən mebel sexlərinin birində yanğın baş verib. Ümumi sahəsi 2370 kvadratmetr olan sexin 720 kvadratmetrlik təmir sahəsi yanaraq sıradan çıxıb.

Göygöl rayon Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yanğının söndürülməsinə Göygöl və Gəncədən yanğınsöndürən maşınlar cəlb edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə