Mayın 23-ü saat 08:30 radələrində Fatmai bağları ərazisində Qəbələ rayon sakini Cavanşir Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı maneyə vurmuş, nəticədə sürücü və sərnişin Samir Şahkərəmov ölmüş, digər sərnişin Nahid Hacıyev isə xəsarət alaraq KTM-ya yerləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 23-ü saat 23:30 radələrində isə Maştağa-Buzovna şossesində Feyruz Cəbrayılovun idarə etdiyi "VAZ-21011" markalı və Kamil Rəsulzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşmuş, nəticədə sürücü K.Rəsulzadə ölmüş, sərnişinləri Hacıbala Qəhrəmanov, Ədalət Cavadov, digər sürücü F.Cəbrayılov və sərnişinləri İsmayıl Babayev, Tərlan Ələsgərov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB