Keçmiş məhkum mağazanı qarət etdi

Binəqədi rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Mehrabov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki mağazaların birindən 360 manat pul, 2250 manat dəyərində tütün məmulatı, ərzaq məhsulları və spirtli içkilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Mehrabov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə