Səhər saatlarında Şirvan şəhərinin mərkəzində kişi meyiti aşkar edilib

Səhər saatlarında Şirvan şəhəri, H.Əliyev prospektində kişi meyiti aşkar edilib. SİA-nın məlumatına görə, həmin şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Gülmalıyev Daşqın Rahil oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunması üçün Şirvan morquna yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə