Rusiyanın Buryatiya bölgəsində hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı uşaqlara təcavüz etməkdə günahlandırılan 65 yaşlı keşişi saxlayıblar. Bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin regional istintaq şöbəsindən məlumat verilib. SİA bu barədə xəbəri rus mətbuatına istinadən dərc edir.

Qeyd edək ki, keşiş uşaqları kilsədə ibadət edən valideynlərinə mane olmamaq üçün oyuncaqları və televizoru olan yardımçı otağa aparıb, orada azyaşlıları aldadarq onlara təcavüz edirmiş.

Maraqlıdır ki, cinayətin üstü din xadiminin borc almaqda saxtakarlıq ifadəsi ilə bağlı yoxlama zamanı məlum olub. Belə ki, şübhəlinin telefonunda azyaşlı uşağı əks etdirən pornoqrafik materiallar tapılıb. Dindirmə zamanı təcavüzkar 2018-2021-ci illər arasında törətdiyi yeddi cinayəti etiraf edib. Onun törətdiyi cinayətin daha çox ola biləcəyi də istisna edilmir.

Hazırda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə