Baş memarının işi məhkəməyə göndərildi

Baş memarının işi məhkəməyə göndərildi

Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq baş memarı,Tural Zeynalovun barəsində olan cinayət işinin istintaqı başa çatıb. SİA-nın məlumatına görə, cinayət işin Xəzər rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.

T. Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü(dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan edilib.

Xatırladaq ki, T. Zeynalov ötən ayın əvvəllərində hüquq-mühafizə orqanları əməkdaşlarının Xəzər rayon İcra Hakimiyyətində keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə