Cinayətin üstü 18 il sonra açılıb

Cinayətin üstü 18 il sonra açılıb

Fransalı manyak Mişel Furnirin keçmiş həyat yoldaşı Monik Olive 18 ildən sonra ərinin coxsaylı qurbanlarından biri barədə məlumat açıqlayıb. SİA bu barədə Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə istinad edərək yazır.

Beləliklə, 2003-cü ildə Fransanın Qyurmont şəhərində itkin düşən 9 yaşlı qız Estelle Muzanın anası qızının itməsi barədə polisə müraciət edir. Lakin yerli polis valideynlərin boşandığını əsas gətirərək, qızcığazin bununla barışmayaraq yaxın qohumlarında birinə getdiyin ehtimal edərək, uşağın axtarışına qərar verməyir.

Lakin sonradan qızın heç yerdə tapılmadığına əmin olan polis onun axtarışına başlayır. Hətta qızın axtarışına vertolyot, dalğıc və hətta

yanğınsöndürənlər də təhkim edilir. Lakin qızcığazı tapmaq mümkün olmur.

Bir müddət sonra, möcüzə sayəsində manyakın əlindən qurtula bilən digər azyaşlı qız ona həmlə etmək istəyən “kişi”nin əlamətlərini və hətta idarə etdiyi avtomobilin seriya nömrəsini də polisə bildirir. Qızın dediyi əlamətlərə əsasən həbs edilən yerli manyak Mişel Furnir törətdiyi əməli etiraf edir. Amma sən demə, o, törətdiyi əməllərin hamısını bildirməyibmiş.

Beləliklə, bu yaxınlarda Estelin itkin düşməsi ilə bağlı cinayət işi yenidən qaldırılıb və həbsdə olan manyakın arvadı Monik Olive 18 il əvvəl ərinin 9 yaşlı Estelleni təcavüzə məruz qoyub öldürdüyünü etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə