“Ford” yol nişanına çırpılıb

“Ford” yol nişanına çırpılıb

Dünən Hacıqabul rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisənin başvermə səbəbi barədə məlumat verən BDYP 12-ci tağımının baş inspektoru Əli Əhmədov bildirib ki, sürücü Quliyev Hafiz Zeynal oğlu idarə etdiyi "Ford" markalı 50 BM 793 dövlət qeydiyyat nişanlı avtomaşınla Hacıqabul-Bəhrəmtəpə yolunda yol nişanının dirəyinə dəyərək idarəetməni itirmiş, məlumatverici dirəyə təkrarən dəyib yolun hərəkət hissəsindən kənara düşüb. Nəticədə maşında olan sərnişinlər, Saatlı sakini 1986-cı il təvəllüdlü Ələkbərov Racib Abdulxaliq oğlu və İmişli sakini 1966-cı il təvəllüdlü Həsənov Niyaz Səfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə