Bəşər Əsəd \"qara siyahı\"a düşdü

Bəşər Əsəd \"qara siyahı\"a düşdü

Bəşər Əsədə qarşı sanksiya tətbiq etməyə qərar verilib. SİA-nın məlumatına görə, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri, etirazçıların öldürülməsinə görə günahlandırılan Suriya prezidenti Bəşər Əsəd və 9 köməkçisinə sanksiya tətbiq edəcək.

İki həftə əvvəl 13 suriyalı yüksək vəzifəli məmura viza qadağası çıxaran Aİ Bəşər Əsədi də siyahıya daxil etməyi planlaşdırırdı. Lakin, Almaniya, Yunanıstan və Cənubi Kiprin məsələyə qarşı çıxması nəticəsində Aİ gözlənilən qərardan imtina etmişdi.

Keçən zaman ərzində isə Suriyadakı vəziyyət dəyişmədi. Belə ki, şiddətdən istifadə edərək nümayişlərin qarşısını alan Suriya rəhbərliyinin mövqeyi, Aİ-nin qərarını bir daha düşünməsinə səbəb olub.

Aİ xarici işlər nazirlərinin qərarlarında Suriyada siyasi islahatlarla bağlı konkret tarixin müəyyənləşdirilməsi çağırışı edilib.


Qeyd edək ki, ABŞ rəhbərliyi də keçən həftədən Bəşər Əsəd və ətrafındakı 6 köməkçisinə sanksiya tətbiq etməyə başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə