Hacıqabulda yas mərasimində iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib

Hacıqabulda yas mərasimində iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib
Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb. SİA Hacıqabul Rayon Polis Şöbəsinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib. Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə