Avtomobil aşdı, sürücü öldü

İsmayıllı rayonunun Qoydan kəndi ərazisində “UAZ” markalı avtomobil aşırıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 4-də saat 19 radələrində İsmayıllı rayonunun Qoydan kəndi ərazisində kənd sakini İ.Mirzəyev idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə